Previous slide
Next slide
Mingəçevir Dövlət Universitetinin koordinatorluq etdiyi beynəlxalq layihə

2023-cü ilin aprelin 12-də Mingəçevir Dövlət Universitetində (MDU) bu ali təhsil müəssisəsinin koordinatoru olduğu “Azərbaycan ali təhsilində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (Enhancing Sustainable Entrepreneurial Ecosystem in Higher Education of Azerbaijan – ENGAGE) mövzusunda Erasmus+ layihəsinin açılış mərasimi keçirilib.

İştirakçıları salamlayan MDU-nun rektoru Şahin Bayramov tədbiri universitet üçün əlamətdar hadisə kimi dəyərləndirib. MDU-nun Azərbaycanda koordinator statusunda Erasmus+ proqramının qalibi olan ilk region universiteti olduğunu vurğulayan rektor göstərilən dəstəyə görə Elm və Təhsil Nazirliyinə, Mingəçevir şəhər İcra Hakimiyyətinə, tərəfdaş yerli və xarici universitetlərə təşəkkürünü bildirib, layihənin ərsəyə gəlməsində əməyi olanlara minnətdarlığını ifadə edib.