Haqqımızda

Erasmus+ layihəsi

Mingəçevir Dövlət Universitetinin (MDU) koordinatorluğu ilə hazırlanmış və təqdim edilmiş Erasmus+ layihəsi 2022-ci ildə Avropa Komissiyası tərəfindən maliyyələşdirmə üçün qəbul edilib. MDU koordinator statusunda Erasmus+ proqramının qalibi olan ilk region universitetidir.

Layihənin adı

“Azərbaycan ali təhsilində sahibkarlıq ekosisteminin gücləndirilməsi” (Enhancing Sustainable Entrepreneurial Ecosystem in Higher Education of Azerbaijan – ENGAGE)

Layihənin məqsədi

⦁ Azərbaycanın ali təhsil müəssisələrində sahibkarlıq ekosisteminin gücləndirilməsi
⦁ Akademik heyətin və tələbələrin sahibkarlıq düşüncəsinin inkişaf etdirilməsi
⦁ İnnovativ yanaşmanın təkmilləşdirilməsi

Layihə çərçivəsində reallaşdırılacaq əsas tədbirlər

⦁ Avropa İttifaqı ölkələrini təmsil edən tərəfdaş universitetlərin təcrübəsinin öyrənilməsi
⦁ Layihədə iştirak edən Azərbaycan ali təhsil müəssisələrinin əməkdaşları üçün çoxsaylı təlimlərin təşkil edilməsi

Layihənin büdcəsi

⦁ 800 min Avro

Layihənin müddətti

⦁ 36 ay (2023-2025)

Layihənin koordinatoru

⦁ Mingəçevir Dövlət Universiteti