Mingəçevir Dövlət Universitetinin koordinatorluğu ilə həyata keçirilən və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “ENGAGE” layihəsi çərçivəsində “Gələcəyini Qur Xanımlar: Sahibkarlıq və Karyera Yolunda İlk Addımlar” mövzusunda növbəti maarifləndirici görüş təşkil olunub.
Tədbir Bakı Biznes Universitetində, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA)nın təşəbbüsü və universitetin təşkilati dəstəyi ilə “Tələbə xanımlar üçün sahibkarlıq və karyera imkanları” mövzusunda keçirilib.…